Belçikanın "Anderlext" klubu "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevlə maraqlanır.
Brüssel təmsilçisi Konfrans Liqasında "Gent"ə qarşı keçirilən matçda müdafiəçini izləmək üçün öz skautunu da göndərib. Bu barədə Belçika mətbuatı məlumat yayıb. Xəbərdə Elvinlə Türkiyənin "Antalyaspor" klubunun da maraqlandığı qeyd olunub. Cəfərquliyev bu mövsüm 32 oyunda 2 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.